Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Mirtoğrul Əlizadə, Bakı, Azərbaycan

Text size Plus Minus

24 iyul 2013, 16:05

Hörmətli cənab Prezident!

Sizi salamlayır və Allahdan Sizə cansağlığı və uzun ömür arzulayıram. Bu məktubu Sizə Nabranda baş vermiş dəhşətli hadisə nəticəsində ayaqlarını itirmiş İmran Cəfərova göstərdiyiniz maddi və mənəvi yardıma görə yazıram. Sizin bu addımınızı yalnız alqışlamaq lazımdır. Çünki Siz heç vaxt belə hadisələrə biganə yanaşmamısınız. Siz heç vaxt qayğınızı və sevginizi bu millətdən, bu ölkənin vətəndaşlarından əsirgəməmisiniz. Siz həmişə bu cür özbaşınalıqlara qarşı çıxmısınız. İnanıram ki, bu hadisəyə səbəb olanlar tezliklə qanun qarşısında cəzalandırılacaqlar. İnanın, Sizin həmin ailəyə göstərdiyiniz dəstək ilə bağlı xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Sağ olun ki, varsınız. Sağ olun ki, yanımızdasınız. Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Əlizadə Mirtoğrul Tofiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi