Hörmətli cənab Prezident!
Nabranda baş verən hadisə ilə əlaqədar nümayiş etdirdiyiniz dəstəyə və göstərdiyiniz köməyə görə Sizə təşəkkürümü bildirməyi özümə borc bilirəm. Mən inanırdım ki, Siz öz dəstəyiniz əsirgəməyəcəksiniz. Allaha şükürlər olsun ki, inamımda yanılmadım. Siz bir daha sübut etdiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Respublikanın heç bir vətəndaşı diqqətinizdən kənarda qalmır. Sizin xalqımız və dövlətimiz üçün gördüyünüz işlər misilsizdir. Hər gün biz bunların şahidi oluruq.
Möhtərəm Prezident, Siz Müqəddəs Ramazan ayında çox böyük savab iş gördünüz. Allah köməyiniz olsun!
Sizin rəhbərliyinizlə dövlətçiliyimiz gündən-günə möhkəmlənir, ölkəmiz inkişaf edir. Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İbrahimova Sevinc.
Azərbaycan Respublikası, Bakı şəhəri.