Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

2013-cü il aprelin 25-də Bakı şəhərində və 2013-cü il iyunun 7-də Ştutqart şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size Plus Minus

24 iyul 2013, 19:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il aprelin 25-də Bakı şəhərində və 2013-cü il iyunun 7-də Ştutqart şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən İş Planının müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin İş Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Amerika Birləşmiş Ştatları Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi