Gerb

25 iyul 2013, 11:30

Möhtərəm Prezident! 

Bu məktubu Sizə Estoniyadan yazıram. Sizin kömək göstərdiyiniz İmran Cəfərzadənin müalicəsini öz nəzarətinizə götürdüyünüzə görə bu uşağın ailəsi adından deyil, Sizi dəstəkləyən, Sizinlə fəxr edən bütün insanların adından Sizə təşəkkür etmək istəyirəm.

Sizin bu hərəkətiniz bizi, Azərbaycanın vətənpərvər övladlarını çox sevindirdi və biz bir daha yəqin etdik ki, Siz Azərbaycana, millətimizə hər cür qayğı göstərirsiniz.

Azərbaycan Qafqaz ölkələri arasında liderdir, onun artan nüfuzu respublikamızın gücünə, qüdrətinə dəlalət edir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin xidmətlərinizdir.

Mən hər gün Azərbaycan mətbuatını oxuyuram, bu gün Azərbaycanda müşahidə olunan uğurlara və inkişafa görə fəxr edirəm. Azərbaycan artıq 90-cı illərin əvvəlində olduğu vəziyyətdə deyil, bu gün Vətənimiz addım-addım irəliləyir. Biz, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan gəncləri dövlətimizə və onun vətəndaşlarına Sizin göstərdiyiniz qayğını hiss edirik. Vətənimizin firavanlığı naminə fəaliyyətinizə görə Sizə təşəkkür edirik.

Möhtərəm Prezident, balaca İmran Cəfərzadəyə göstərdiyiniz köməyə görə Sizə bir daha təşəkkür edirəm.

Dərin hörmətlə,

Tural Şirinov.

Estoniya Respublikası, Tallin şəhəri.