Mirələm Cəlalov və başqalarından, Siyəzən, Azərbaycan
25 iyul 2013, 14:20
Hörmətli cənab Prezident!
2013-cü il iyulun 18-də Sizin Siyəzənə səfəriniz rayonun səhiyyə işçilərinin də böyük sevincinə səbəb oldu. Sizin rayonumuza hər səfəriniz bizim üçün əlamətdar hadisədir. Sizin göstərdiyiniz qayğı nəticəsində respublikamızın bütün regionları kimi Siyəzən rayonu da sürətlə inkişaf edir. Bu inkişaf səhiyyə sahəsindən də yan keçməmişdir. Vaxtilə hətta ən yüngül xəstələrin müalicəsi üçün heç bir şəraiti olmayan rayonumuzda indi insanların sağlamlığının qorunması yüksək səviyyədə təmin edilmişdir. Sizin diqqətiniz sayəsində tikilib istifadəyə verilmiş Siyəzən Regional Müalicə Tibbi-Diaqnostika Mərkəzində təkcə siyəzənlilər deyil, digər rayonların sakinləri də müalicə və müayinə olunurlar.
Möhtərəm Prezident, bugünkü firavan həyatımızı bizə bəxş etdiyinizə görə Siyəzən rayonunun səhiyyə işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Cəlalov Mirələm
Əzimova Töhfə
Hacıyev Firdovsi
Quliyev Əhməd
Rəşidov Firudin və başqaları.
Azərbaycan Respublikası, Siyəzən rayonu.
