Gerb

25 iyul 2013, 11:45

Möhtərəm Prezident! 

Nabranda baş verən hadisə bizi olduqca kədərləndirdi. Amma Sizin hadisə nəticəsində ayaqlarını itirmiş körpəyə göstərdiyiniz qayğı hamımızı qürurlandırdı. Balaca İmranın müalicəsinin dövlət hesabına ödənilməsi birbaşa Sizin təşəbbüsünüzdür və biz bu humanist addımınızı çox yüksək qiymətləndiririk. Buna görə Sizə təşəkkürümü bildirirəm.

Nəinki mən, düşünürəm ki, Sizə minnətdarlıq hissini bildirməyə milyonlarla insan var. Sizə təşəkkür edirik. Var olun, biz daim Sizinləyik, Sizi dəstəkləyirik.

Hörmətlə,

Əzməmmədov Gündüz Oktay oğlu.

Azərbaycan Respublikası, Şabran rayonu.