Yaqub Bababəylidən, Naxçıvan, Azərbaycan
Text size
25 iyul 2013, 12:35
Möhtərəm Prezident!
Bu gün mətbuatdan oxuduğum bir xəbər məni o qədər təsirləndirdi ki, bir vətəndaş kimi Sizə minnətdarlıq etməyi özümə borc bildim. İki gündür məni düşündürən Nabran istirahət mərkəzində baş verən faciə nəticəsində ayaqlarını itirən İmran Cəfərzadənin sağlamlığı idi. Bu körpənin müalicəsini öz öhdənizə götürdüyünüzə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Yaqub Bababəyli.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 15 a, mənzil 18.
