|
25 iyul 2013, 18:15
İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının on üçüncü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı bir çox sahələrlə yanaşı, paytaxtda yol infrastrukturunun müasirləşdirilməsini də əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə yenidən qurulur, yeni yol qovşaqları inşa edilir. Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun müasir tələblər səviyyəsində inşası bunu aydın nümayiş etdirir. Nəqliyyat naziri Ziya Məmmədov yeni yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Bu yol Prezident İlham Əliyevin Bakı şəhərinin nəqliyyat sisteminin inkişaf etdirilməsi və paytaxtın kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində inşa olunmuş və Bakıda həyata keçirilən yol-nəqliyyat layihələrinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ümumi uzunluğu 12,5 kilometr olan yol ən müasir səviyyədə inşa edilmişdir. Yol boyu geniş abadlıq işləri aparılmış, müasir yol nişanları qoyulmuşdur. Magistral yol boyu müasir işıqlandırma sistemi yaradılmış, yaşıllaşdırma işləri görülmüşdür. Yeni yol Bakı şəhərinin Türkan, Zirə, Gürgən, Pirallahı, Dübəndi, Qala, Şüvəlan və Mərdəkan qəsəbələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal hərəkətinə şərait yaradacaqdır. Magistral boyu yol qovşaqları, avtomobil keçidi tikilmiş, suötürücü dəmir-beton borular quraşdırılmışdır. Prezident İlham Əliyevə Babək prospekti ilə K.Əfkari küçəsinin və Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişmələrində inşa edilən yeraltı piyada keçidləri barədə də məlumat verildi. Bildirildi ki, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yerləşən keçidin ümumi uzunluğu 80, eni isə 8 metrdir. Keçid ən müasir səviyyədə inşa edilmişdir. Hündürlüyü 3,2 metr olan keçidin iki çıxışı vardır. Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişməsində inşa edilən yeraltı piyada keçidi də müasir səviyyədədir. Bu keçidin uzunluğu 89 metr, eni 8, hündürlüyü 3 metrdir. Burada 4 eskalator quraşdırılmışdır. Sonra dövlətimizin başçısı Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun rəmzi açılışını bildirən lenti kəsdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.