Gerb

12 oktyabr 2010, 19:27
2025

Prezident İlham Əliyev Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrik Nailobi Sinyinzanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Patrik Nailobi Sinyinza etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinin və səmərəli əməkdaşlıq imkanlarının araşdırılmasının zəruriliyi qeyd edildi.

Loader

Böyük ölçüdə