Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size Plus Minus

25 iyul 2013, 20:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 8) ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin ikinci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda “maddə 10” sözlərindən sonra “I və II” sözləri “I, II və III” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi