Gerb

25 iyul 2013, 19:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №3, maddə 130; 2005, №4, maddə 276; 2007, №5, maddə 401, №6, maddə 562, №11, maddə 1070; 2008, №11, maddə 960; 2009, №6, maddə 404, №7, maddə 517; 2010, №4, maddə 276, №10, maddə 839; 2011, №7, maddə 590) 8.2.10-cu, 8.10.6-cı və 9.3.11-ci maddələrində “bank sənədi” sözləri “sənəd” sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il.