Gerb

25 iyul 2013, 19:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 688, № 11, maddə 1053; Azərbaycan Respublikasının 2013-cü il 24 may tarixli 658-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 9.1.1-ci maddədə “qəbzin” sözü “sənədin” sözü ilə əvəz edilsin;
2. 10.2.4-cü maddədə “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il.