İlham Əliyev Venesuelanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

12 oktyabr 2010, 19:15
İlham Əliyev Venesuelanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Venesuela Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Devid Nieves Velaskes Karaballonun etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Devid Nieves Velaskes Karaballo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Prezident İlham Əliyev ölkəmizin Venesuela ilə əlaqələrinin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.

Ölkəsini Azərbaycanda ilk səfir kimi təmsil etməkdən böyük şərəf hissi duyduğunu deyən Devid Nieves Velaskes Karaballo Venesuelanın Azərbaycan ilə müxtəlif sahələrdə güclü dostluq əlaqələri qurmaq niyyətində olduğunu dedi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10