|
26 iyul 2013, 10:45
Əlihüseyn Şükürovdan, Murmansk, Rusiya Federasiyası
Hörmətli cənab Prezident! Bu bir həqiqətdir ki, Azərbaycan Sizin rəhbərliyiniz altında qlobal layihələr həyata keçirir, iqtisadi və sosial sahələrdə böyük uğurlara imza atır. Eləcə də əhalinin sosial və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verilən mühüm qərar və göstərişləriniz müvəffəqiyyətlə həyata keçirilir. Ölkəmiz artıq dünya dövlətləri arasında xüsusi yeri olan coğrafi məkana çevrilmişdir. Möhtərəm Prezident, Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində Siz, özünüzün də qeyd etdiyiniz kimi, hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut etmişsiniz. Bütün azərbaycanlılar, o cümlədən də doğma vətənimizdən kənarda yaşayan həmyerlilərimiz Sizin göstərdiyiniz diqqət və qayğını hər zaman hiss edirlər. İnsanlara bu qayğı həm kütləvi, həm də fərdi şəkildə göstərilir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Hörmətli cənab Prezident, Azərbaycan vətəndaşına göstərdiyiniz diqqət və qayğının bariz nümunəsini biz dünən bir daha gördük. Nabranda istirahət mərkəzində 2 yaşlı uşağın faciə ilə üzləşdiyi, bununla əlaqədar həyatının təhlükə altında olduğu, onun təcili müalicəyə ehtiyac duyulduğu bir anda yenə də Siz imdada çatdınız. İmkansız bir ailənin bütün müalicə xərclərini öz üzərinizə götürməyiniz qəlbləri riqqətə gətirdi. Müqəddəs Ramazan günlərində gördüyünüz bu savab iş Allah tərəfindən mütləq mükafatlandırılacaqdır. Yaradan Sizi və ailənizi həmişə qoruyacaqdır. Çox hörmətli Prezident, bütün həmvətənlərimiz kimi xaricdə yaşayan biz azərbaycanlılar da güclü siyasi iradənizə, humanistliyinizə, insanpərvərliyinizə görə daim Sizin ətrafınızda sıx birləşmişik. Biz Sizə, həyat yoldaşınız mərhəmətli Mehriban xanıma və övladlarınıza Allahdan cansağlığı arzulayırıq. Uca Yaradan Sizi qorusun!
Rusiyadakı Azərbaycan diasporu adından dərin hörmət və səmimiyyətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.