Gerb

27 iyul 2013, 12:20

Hörmətli cənab Prezident!

Siz Siyəzən rayonunun inkişafı ilə yaxından maraqlanır, bunun üçün demək olar ki, hər il əlavə maliyyə vəsaiti ayırırsınız. Keçən il bizim  yaşadığımız Məşrif kəndini Siyəzən şəhəri ilə birləşdirən avtomobil yolunun tikintisi məqsədilə böyük məbləğdə vəsait ayrılması barədə Sərəncam imzalamışdınız. Bu günlərdə Siyəzən rayonuna səfərinizdən sonra sosialiqtisadi inkişafın sürətləndirilməsi məqsədilə rayonumuza yenidən vəsait  ayırdınız. Biz bundan da artıq diqqət və qayğını təsəvvür edə bilmirik.

Bunun nəticəsidir ki, Siyəzəndə böyük infrastruktur layihələri həyata keçirilmiş, təhsil, səhiyyə və digər sosial obyektlər tikilərək istifadəyə verilmiş, rahat yollar çəkilmiş, gözəl parklar salınmışdır.

Hörmətli cənab Prezident, rayonumuzun qayğıları ilə yaxından maraqlanıb, onları uğurla həll etdiyinizə görə Sizə Məşrif kəndinin sakinləri adından dərin minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Hüseynov Əliyusif
Əliyeva Zərnigar
Əliyev Arif
Məhərrəmov Zabit
Məhərrəmov Şirinəli və başqaları. 

Azərbaycan Respublikası, Siyəzən rayonu, Məşrif kəndi.