Gerb

27 iyul 2013, 12:25

Möhtərəm Prezident! 

Siz ölkəmizdə kənd yollarının tikintisinə böyük diqqət göstərirsiniz. Həqiqətən yol həyat, inkişaf, rahatlıq deməkdir. Keçən il iyun ayında Sizin Sərəncamınızla ayrılan vəsait hesabına Şorsulu-Xəzərkənd avtomobil yolunun tikintisi də artıq başa çatmaq üzrədir. Bu yolun müasir səviyyədə yenidən qurulması Neftçala rayonunun Xolqarabucaq kəndinin sakinləri üçün də geniş imkanlar yaradır və onlar burada görülən işləri böyük sevinclə izləyirlər.

Hörmətli cənab Prezident, bizim yol problemimizi həll etdiyinizə görə kənd camaatının səmimi təşəkkürlərini Sizə çatdırıram. Biz Sizi həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. 

Hörmətlə,

Cavadov Səlahəddin,
Ağsaqqallar Şurasının sədri. 

Azərbaycan Respublikası, Neftçala rayonu Xolqarabucaq kəndi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR