Emzaşvili Zauzi və başqalarından, Qax, Azərbaycan
27 iyul 2013, 12:50
Möhtərəm Prezident!
Bu gün ümummilli lider Heydər Əliyevin memarı olduğu Odlar Yurdu Azərbaycan Sizin rəhbərliyiniz altında öz yüksəliş dövrünü yaşayır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, mədəni və sosial-iqtisadi sahədə ardıcıl uğurlar əldə edilir. İnsanların yaşayış səviyyəsi yüksəlir, sosial problemlər həllini tapır. Biz bütün görülən işlərdə Sizin fəaliyyətinizi, diqqət və qayğınızı görürük.
Respublikanın hər yerində olduğu kimi, rayonumuzda da aparılan abadlıq-quruculuq işlərinin miqyası gündən-günə genişlənir. Təkcə rayon mərkəzi deyil, kəndlərimizin də siması dəyişir. Hörmətli cənab Prezident, biz gürcü xalqının nümayəndələri azərbaycanlılarla dostluq şəraitində yaşayırıq. Xeyrimiz, şərimiz birdir. Dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunmuşuq. Kəndimizə yeni qaz xəttinin çəkilməsi bizim əməyimizi yüngülləşdirmiş və şəraitimizi yaxşılaşdırmışdır. Kəndimizə müasir yaraşıqlı yeni xəstəxana binasının tikilməsi biz sakinləri ürəkdən sevindirmişdir. Əlibəyli kəndinə giriş yolunun 4,5 km hissəsinə asfalt örtüyünün çəkilməsi bizim rahatlığımızı təmin etmişdir.
Hörmətli cənab Prezident, bizə göstərdiyiniz bu diqqət və qayğıya, görülən işlərə görə Sizə minnətdarıq. Belə ölkə başçımız olduğuna görə xoşbəxtik. Uca dağa söykənən xalq heç vaxt əyilməz.
Hörmətlə,
Emzaşvili Zauzi Zabziyeviç
Sunuşvili Qela Sobiyeviç və başqaları.
Azərbaycan Respublikası, Qax rayonu, Əlibəyli kəndi.
