Gerb

27 iyul 2013, 13:50

Hörmətli cənab Prezident! 

Biz, Siyəzən rayon Zarat, Qalaşıxı, Gəndahar kəndlərinin sakinləri Sizin rayonumuza yüksək diqqət və qayğınızın şahidi oluruq. Bütün bunlara görə həmin kəndlərin sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin bu günlərdə  rayonumuza səfəriniz zamanı yeni tikililərin açılışında iştirak etməyiniz bizdə çox böyük ruh yüksəkliyi yaratmışdır. Sizin apardığınız daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyir, gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. 

Çox sağ olun, cənab Prezident. Sizi əmin edirik ki, həmişə olduğu kimi bundan sonra da biz Sizi dəstəkləyəcəyik.

Hörmətlə,

Ağamalıyev Ağamalı Feyruz oğlu. 

Azərbaycan Respublikası, Siyəzən rayonu.