Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Elmira Babayevadan və başqalarından, Siyəzən, Azərbaycan

Text size Plus Minus

29 iyul 2013, 12:30

Hörmətli cənab Prezident! 

Siyəzən şəhərinin sakinləri Sizin rayonumuza göstərdiyiniz qayğıdan böyük qürur hissi keçirirlər. Bu günlərdə Siyəzənə səfəriniz zamanı bir sıra yeni tikililərin açılışında iştirakınız da bizdə sevinc və ruh yüksəkliyi yaratdı. Belə tikililər sayəsində şəhərimizin siması xeyli dəyişmiş və gözəlləşmişdir. Sizin dəstəyiniz nəticəsində indi təkcə şəhərimizdə deyil, rayonumuzun bütün ərazisində geniş tikinti-abadlıq işləri aparılır. Bütün bunlar bizim Sizə olan inamımızı daha da artırır və biz Sizin siyasətinizi həmişə dəstəkləyirik. Siyəzən şəhərinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Babayeva Elmira
Əbdülov Füzuli
Əliyeva Gülçöhrə və başqaları.

Azərbaycan Respublikası, Siyəzən rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi