Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İradə Əliyevadan, Bakı, Azərbaycan

Text size Plus Minus

29 iyul 2013, 17:00

Hörmətli cənab Prezident!

Nabran istirahət mərkəzində ikiyaşlı İmran Cəfərzadənin başına gələn hadisəni eşidəndə xeyli sarsıldıq. Belə bir çətin anda onun ailəsinə dəstək göstərməyiniz, körpə İmranın müalicəsini ən yüksək səviyyədə təmin etməyiniz bizə böyük təsəlli oldu.

Biz dövlətimizin hər bir ailənin qayğısına qaldığını, lazım gəldikdə ona dayaq durduğunu bir daha hiss etdik. Bu yüksək humanistliyinizə görə Sizə çalışdığım uşaq bağçasının kollektivi və bağçadakı bütün uşaqların valideynləri adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyeva İradə,
166 saylı uşaq bağçasının müdiri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi