Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Nərmin Zeynalovadan, Bakı, Azərbaycan

Text size Plus Minus

30 iyul 2013, 12:00

Hörmətli cənab Prezident! 

Dövlətimizin başçısı kimi gərgin fəaliyyətinizlə və işinizin çoxluğu ilə yanaşı, vaxt ayırıb azyaşlı İmran Cəfərzadənin taleyi ilə bu qədər yaxından maraqlanmağınız, onun sağlamlığının bərpası üçün böyük kömək göstərməyiniz Azərbaycan vətəndaşı kimi məni də çox sevindirdi. Bir daha hiss etdik ki, dünyanın ən xoşbəxt ölkəsində yaşayırıq.

Cənab Prezident! Xalqımız üçün bu xoşbəxtliyi təmin etdiyinizə görə Sizə ürəkdən təşəkkürümü bildirir, uzun ömür, cansağlığı, işlərinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

Zeynalova Nərmin Yaşar qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi