Gerb

13 oktyabr 2010, 17:59

Hörmətli Viktor Fyodoroviç, 

Dnepropetrovsk vilayətində qəza nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. 

Azərbaycan xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il.