|
30 iyul 2013, 14:20
Maarif İbrahimovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident! Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun qismətinə zəmanəmizin yetişdirdiyi dahi insan, fenomenal şəxsiyyət Heydər Əliyev nəsib olmuşdur. Azərbaycanı XXI əsrə inkişaf etmiş bir ölkə kimi gətirib çıxaran ulu öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə həkk edilmişdir. Deyə bilərik ki, zaman keçdikcə, biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, onun ideyalarının zənginliyini daha aydın dərk edirik. Bu ideyalar Heydər Əliyevin layiqli davamçısı Sizin tərəfinizdən uğurla həyata keçirilir. Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan indi məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edilir. Möhtərəm Prezident, mən 50 il təhsil sahəsində işləmişəm, təhsil fədaisiyəm. Bir ağsaqqal müəllim kimi Sizi qucaqlayıb bağrıma basıram. Sizin Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğı rayonumuzun inkişafını sürətləndirməklə yanaşı, həm də cəbhə bölgəsində yaşayan insanlara mənəvi dayaqdır. Çox hörmətli Prezident, bu bir həqiqətdir ki, Sizin qarşıya qoyduğunuz möhtəşəm vəzifələr layiqincə yerinə yetirilir və bu iş hər gün davam edir. Sizin Tərtərə ikinci səfərinizdən sonra bir daha rayonumuzun gələcək inkişafı üçün Prezidentin ehtiyat fondundan vəsait ayırmağınız əhali arasında ruh yüksəkliyini, və əmək coşqunluğunu daha da artırdı. Bütün tərtərlilər Sizi ürəkdən sevir və dəstəkləyirlər. Ulu Tanrı köməyiniz olsun!
Hörmət və ehtiramla, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.