|
30 iyul 2013, 21:30
Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə
Hörmətli cənab Məmnun Hüseyn, Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Mən Azərbaycan-Pakistan münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsini ifadə edən, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm. Hörmətlə,
İlham Əliyev AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.