Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə
30 iyul 2013, 21:30
Hörmətli cənab Məmnun Hüseyn,
Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan-Pakistan münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsini ifadə edən, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 iyul 2013-cü il.
