Gerb

31 iyul 2013, 10:10

Hörmətli cənab Prezident!

Biz Sizin ölkə vətəndaşlarına göstərdiyiniz yüksək diqqət və qayğınızın dəfələrlə şahidi olmuşuq. Nabran istirahət mərkəzində baş vermiş faciə nəticəsində ağır bədən xəsarətləri almış ikiyaşlı İmran Cəfərzadənin müalicəsinə yüksək səviyyədə kömək göstərdiyinizi eşidərkən dövlətimizin Sizin kimi qayğıkeş və humanist başçısı olduğu üçün bir daha qürur hissi keçirdik. Bu xeyirxah əməlinizə görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı naminə gərgin fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Cavadova Rəsmiyyə
Cəfərov Mahir
Səmədov Rafiq.

Azərbaycan Respublikası, Bakı şəhəri, Əhmədli qəsəbəsi.