Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Xumar Rəsulovadan, Füzuli, Azərbaycan

Text size Plus Minus

31 iyul 2013, 11:30

Hörmətli cənab Prezident!

Nabran istirahət mərkəzində baş vermiş faciə nəticəsində ağır bədən xəsarətləri almış iki yaşlı İmran Cəfərzadənin müayinə və müalicəsini öz nəzarətinizə götürməyiniz məni olduqca sevindirdi. Bu, bir daha göstərdi ki, Siz ölkə vətəndaşlarının problemlərinə necə həssaslıqla yanaşırsınız. İnanırıq ki, Sizin bu köməyiniz və qayğınız nəticəsində balaca İmranın sağlamlığı tezliklə bərpa ediləcək və o, gələcəkdə cəmiyyətimizin fəal üzvü olacaqdır. Bütün xalqımızın rəğbətlə qarşıladığı bu humanistliyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizə uzun ömür, cansağlığı, xalqımızın parlaq gələcəyi naminə fəaliyyətinizdə daha möhtəşəm uğurlar arzulayıram.

Hörmətlə,

Rəsulova Xumar Zahid qızı.
Azərbaycan Respublikası, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi