Gerb

31 iyul 2013, 17:30

Hörmətli cənab Prezident!

Azərbaycan qədim ölkə olsa da, müstəqil dövlət kimi çox gəncdir. Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu müstəqil dövlət Sizin rəhbərliyiniz dövründə yeni inkişaf mərhələsinə qədəm qoyaraq, istər sosial-iqtisadi, istərsə də siyasi cəhətdən sürətlə inkişaf etmiş, dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişdir.

Möhtərəm Prezident, ölkəmizdə milli-mənəvi dəyərlərimiz hesab edilən xeyli sayda ziyarətgah vardır. Bunlardan biri də Bərdə rayonunda yerləşən Seyid Yusif ağa ziyarətgahıdır. Bu il son zəngdən sonra məktəbimizin məzunları, onların müəllimləri və valideynləri ilə birlikdə həmin ziyarətgaha baş çəkərkən orada gördüyümüz mənzərə bizdə böyük qürur hissi yaratdı. Ziyarətgahda əsaslı yenidənqurma işləri aparılırdı. Bizə məlumat verdilər ki, yenidənqurma işləri hörmətli Prezidentimizin göstərişi ilə dövlət tərəfindən aparılır.

Möhtərəm Prezident, müharibə şəraitində yaşayan, minlərlə qaçqını və məcburi köçkünü olan bir ölkədə taleyüklü məsələlərlə gərgin məşğul olduğunuz bir vaxtda milli-mənəvi dəyərlərimizə belə diqqət yetirməyiniz bizi çox sevindirdi. Biz bir daha əmin olduq ki, bizim Prezidentimiz yalnız müdrik rəhbər, görkəmli siyasətçi deyil, həm də xalqını sevən, onun milli-mənəvi dəyərlərinə önəm verən vətənpərvərdir. Biz Sizinlə fəxr edirik. Biz fəxr edirik ki, bizim ölkəsinin tərəqqisini təmin edən, xalqının gələcəyini düşünən, maddi, mənəvi istəklərini dərindən duyan Prezidentimiz var. Sizi xalqımıza bəxş edən Ulu öndərimiz Heydər Əliyevin və Zərifə xanımın xatirəsi önündə baş əyir və onlara Allahdan rəhmət diləyirik.

Çox hörmətli Prezident, xalqımız Sizi həmişə dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəkdir. Biz inanırıq ki, Siz Azərbaycan xalqını daha parlaq gələcəyə aparacaqsınız. Bu inamı Siz öz əməllərinizlə yaratmısınız. Sizə təşəkkür edirik.

Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbin kollektivi və bu məktəbdə təhsil alan şagirdlərin valideynləri adından

dərin hörmətlə,

Pakizə Muxtarova, direktor.

Azərbaycan Respublikası, Bərdə şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR