Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Musa Bədəlovdan, Lerik, Azərbaycan

Text size Plus Minus

01 avqust 2013, 16:10

Hörmətli cənab Prezident!

Mənim yeddi övladım, on beş nəvəm, iki nəticəm var. 50 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olmuşam. Ona görə də gələcəyimiz olan uşaqları çox sevirəm. Bu günlərdə Nabranda baş vermiş bədbəxt hadisə nəticəsində balaca balamız İmran Cəfərzadənin xəsarət aldığını eşidəndə çox həyəcanlandıq. Lakin İmranın müalicəsinin dövlət hesabına aparılması və onun təcili olaraq Almaniyanın ən qabaqcıl klinikalarından birinə yola salınması haqqında Sizin verdiyiniz tapşırıq onun ailəsini çətin vəziyyətdən çıxardığı kimi bizi də həyəcandan xilas etdi. Bu humanist əməlinizlə Siz bir daha sübut etdiniz ki, Sizin necə böyük və təmiz ürəyiniz vardır. Biz bir daha əmin olduq ki, Siz kimi hər bir azərbaycanlını sevir və müdafiə edirsiniz.
Möhtərəm Prezident, Sizin rəhbərliyiniz altında ucqar rayonlarda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinə, yerlərdə tikilən təhsil, səhiyyə, idman və digər sosial obyektlərə görə xalqımız Sizə minnətdardır. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Çətin vəziyyətə düşmüş ailəyə kömək etmək üçün atdığınız humanist addım ulu öndərin xeyirxahlığını və qayğıkeşliyini bir daha bizə xatırlatdı. Bu qayğıkeşliyinizə görə bir ağsaqqal kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Bədəlov Musa.

Azərbaycan Respublikası, Lerik rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi