|
01 avqust 2013, 16:30
Kərim Qurbanov və başqalarından, Goranboy, Azərbaycan
Möhtərəm Prezident! Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə vəsaitin ayrılması barədə Sərəncamınız bizim yaşadığımız Aşağı Ağcakənd qəsəbəsinin sakinlərini də ürəkdən sevindirdi. 18 yaşayış məntəqəsini birləşdirən bu yol olduqca yararsız hala düşmüş, gediş-gəliş xeyli çətinləşmişdi. İnanırıq ki, bu yolun yenidən qurulması ilə bağlı Sərəncamınız həmin yaşayış məntəqələrinin sakinlərini çox narahat edən yolsuzluq problemini aradan qaldıracaq, eyni zamanda bölgədə turizmin inkişafına ciddi təkan verəcəkdir. Qəsəbəmizin bütün sakinləri Sizin bu diqqət və qayğınızı alqışlayır və Sizə dərin minnətdarlıqlarını bildirirlər.
Hörmətli cənab Prezident, qürur hissi ilə qeyd edirik ki, bizim qəsəbəmiz Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə salınmışdır və 2002-ci il sentyabrın 13-də qəsəbənin açılışında ulu öndər şəxsən iştirak etmişdir. Ulu öndərin bizə göstərdiyi diqqət və qayğını bu gün Siz davam etdirirsiniz. Son illərdə rayonumuzda aparılan işlər də bunu sübut edir. Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə gərgin fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Həmişə olduğu kimi bundan sonra da Sizi dəstəkləyəcəyik. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.