Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Kərim Qurbanov və başqalarından, Goranboy, Azərbaycan

Text size Plus Minus

01 avqust 2013, 16:30

Möhtərəm Prezident!

Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə vəsaitin ayrılması barədə Sərəncamınız bizim yaşadığımız Aşağı Ağcakənd qəsəbəsinin sakinlərini də ürəkdən sevindirdi. 18 yaşayış məntəqəsini birləşdirən bu yol olduqca yararsız hala düşmüş, gediş-gəliş xeyli çətinləşmişdi. İnanırıq ki, bu yolun yenidən qurulması ilə bağlı Sərəncamınız həmin yaşayış məntəqələrinin sakinlərini çox narahat edən yolsuzluq problemini aradan qaldıracaq, eyni zamanda bölgədə turizmin inkişafına ciddi təkan verəcəkdir. Qəsəbəmizin bütün sakinləri Sizin bu diqqət və qayğınızı alqışlayır və Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Hörmətli cənab Prezident, qürur hissi ilə qeyd edirik ki, bizim qəsəbəmiz Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə salınmışdır və 2002-ci il sentyabrın 13-də qəsəbənin açılışında ulu öndər şəxsən iştirak etmişdir. Ulu öndərin bizə göstərdiyi diqqət və qayğını bu gün Siz davam etdirirsiniz. Son illərdə rayonumuzda aparılan işlər də bunu sübut edir. Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə gərgin fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Həmişə olduğu kimi bundan sonra da Sizi dəstəkləyəcəyik.

Hörmətlə,

Qurbanov Kərim
Bayramov Maksim
Kərimov Sahib.

Azərbaycan Respublikası, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi