Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Məzahir Zeynalovdan, Goranboy, Azərbaycan

Text size Plus Minus

01 avqust 2013, 17:30

Möhtərəm Prezident!

Otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması barədə Sərəncamınız rayonumuzun əhalisi tərəfindən böyük fərəhlə qarşılandı. Sizin diqqət və qayğınız sayəsində Goranboy rayonu son illərdə sürətlə inkişaf etmiş, simasını dəyişərək müasir görkəm almış, aparılan abadlıq-quruculuq işləri daha da genişlənmişdir. Artıq neçənci dəfədir ki, Siz rayonumuzun sosial-iqtisadı inkişafının sürətləndirilməsi üçün əlavə vəsait ayırırsınız. Bu vəsaitlər hesabına 22,5 kilometr uzunluğunda Dəliməmmədli - Həmənli avtomobil yolu inşa edilmiş və artıq istifadəyə verilmişdir. 45 kilometr məsafədən Goranboy şəhərinə çəkilən içməli su xətti isə yaxın vaxtlarda işə düşəcək və bununla da əhalini uzun illərdən bəri narahat edən içməli su problemi öz həllini tapacaqdır.

Möhtərəm Prezident, bizə və Goranboya göstərdiyiniz diqqət və qayğıya görə Sizə rayonumuzun ağsaqqalları adından dərin minnətdarlığımı bildirirəm. Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik.

Dərin hörmətlə,

Zeynalov Məzahir

Ağsaqqallar şurasının sədri.

Azərbaycan Respublikası, Goranboy rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi