Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Aydın Namazov və başqalarından, Gədəbəy, Azərbaycan

Text size Plus Minus

01 avqust 2013, 18:50

Hörmətli cənab Prezident!

Ötən ilin sentyabr ayında verdiyiniz müvafiq Sərəncamınızla ayrılan vəsait hesabına Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Yolun asfalt döşənmiş hissəsi artıq bizim yaşadığımız Novosaratovka kəndini keçmişdir. Biz artıq rahat asfalt yoldan istifadə edirik. Bu yolun istifadəyə verilməsi bizim digər kəndlərə və rayon mərkəzinə gediş-gəlişimizi xeyli asanlaşmışdır. Yollarımızın rahat olması bizim həyatımızı da yüngülləşdirmişdir.

Hörmətli cənab Prezident, bizə yaratdığınız bu şəraitə, Gədəbəy rayonuna göstərdiyiniz diqqətə görə kəndimizin bütün sakinləri adından Sizə təşəkkür edirik.

Hörmətlə,

Namazov Aydın
Əhmədov İlyas
Hüseynova Lyubov
Bıçkov Nikolay
Bayramov Vaqif
Popov Vladimir
Namazov Zabit.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Novosaratovka kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi