|
02 avqust 2013, 13:20
Elşən Məmmədovdan, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin rəhbərliyiniz altında son illər respublikamız çox sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişaf respublikamızın bütün rayonlarında və ölkə həyatının bütün sahələrində müşahidə edilməkdədir. Bütün bunlar Sizin apardığınız uğurlu siyasət nəticəsində mümkün olmuşdur. Ölkəmizin vətəndaşlarına göstərdiyiniz böyük qayğıya, onların problemləri ilə yaxından maraqlandığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür və cansağlığı arzulayıram. Möhtərəm Prezident, kəndimizdə baş vermiş torpaq sürüşməsi nəticəsində evimiz yararsız hala düşmüş, evsiz-eşiksiz qalmışdıq. Amma bu gün sevincimizin həddi-hüdudu yoxdur. Çünki Sizin göstərişinizlə hal-hazırda bizim üçün yeni ev tikilir. Buna görə də ürək sözlərimi qısaca da olsa yazıb Sizə göndərməyi özümə borc bildim. Çox hörmətli Prezident, biz həmişə Sizinləyik, Sizinlə fəxr edirik. Yaşasın Azərbaycan xalqı! Yaşasın xalqın mərd oğlu cənab İlham Əliyev!
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.