Mail İsmayılov və başqalarından, Goranboy, Azərbaycan
02 avqust 2013, 14:05
Möhtərəm Prezident!
Goranboy rayonu düşmənlə üzbəüz mövqedə yerləşməsinə baxmayaraq, ölkəmizin digər regionları kimi sürətli inkişaf yolundadır. Son illərdə rayonda geniş tikinti-quruculuq işləri aparılmış, sosial obyektlər istifadəyə verilmiş, yollar çəkilmiş və digər infrastruktur layihələri həyata keçirilmişdir. Bütün bu işlər məhz Sizin qayğınız sayəsində mümkün olmuşdur. Bizim üçün fərəhlidir ki, Goranboyun inkişafı üçün bu il rayonumuza iki dəfə vəsait ayırmısınız. Bu, Sizin rayonumuza göstərdiyiniz diqqətin və qayğının bariz nümunəsidir. Sizin rayonumuza diqqətiniz bizi hədsiz sevindirir. Belə bir sevinci bizə bəxş etdiyinizə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Hörmətlə,
İsmayılov Mail
Mustafayev Ələddin
Pənayev Mübariz.
Azərbaycan Respublikası, Goranboy rayonu, Şəfəq kəndi.
