Gerb

02 avqust 2013, 15:10

Hörmətli cənab Prezident!

Bu təşəkkür məktubunu yazmaqda məqsədim Sizin xalqımızın mədəniyyətinə, dilinə, dininə göstərdiyiniz yüksək qayğıkeşliyə görə keçirdiyim fərəh və qürur hisslərini sizinlə bölüşməkdir. Milli-mənəvi dəyərlərimizin qorunmasında Sizin misilsiz xidmətləriniz hamımız üçün bir örnəkdir.

Bu yaxınlarda ailəmlə Bərdənin Seyid Yusif kəndində bir çox rayonların sakinlərinin də ziyarət etdiyi Mir Yusif ağa ocağına gedərkən bir daha bunun şahidi oldum. Orada tikilməkdə olan yeni minarəni görəndə qəlbim fərəh hissi ilə doldu. Mənə dedilər ki, bu minarə Sizin göstərişinizlə ucaldılır. Ziyarətə gələnlərin hamısı Sizə minnətdar idilər. Qəti deyə bilərəm ki, başqa vaxt bura gələnlər də Sizə minnətdarlıq hislərini ifadə edirlər.

Hörmətli cənab Prezident, biz ölkəmizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi üçün Sizin göstərdiyiniz xidmətləri heç vaxt unutmayacağıq. Bizi həmişə Sizinləyik. Şəxsən öz adımdan və ailəm adından Sizə səmimi təşəkkürümü bildirirəm.

Hörmətlə,

Quliyev Hamil.

Azərbaycan Respublikası, Samux rayonu. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR