Gerb

02 avqust 2013, 16:15

Möhtərəm Prezident!

Sizin diqqət və qayğınız sayəsində son illər Goranboy rayonunda geniş tikinti-quruculuq işləri görülmüşdür. Yeni sosial obyektlər inşa edilmiş, Goranboy şəhərinə içməli su xətti çəkilmiş, avtomobil yollarına asfalt döşənmişdir. Sizin 2013-cü il 30 iyul tarixli Sərəncamınızla 18 yaşayış məntəqəsinin otuz beş min nəfər əhalisinin istifadə etdiyi Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə 3 milyon manat ayrılması rayonumuzun bütün əhalisi kimi biz Səfikürd kəndinin sakinlərini də hədsiz dərəcədə sevindirdi. Bu Sərəncam Sizin Goranboya və goranboylulara göstərdiyiniz yüksək diqqət və qayğınızın bariz nümunəsidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abbasov Arif
Hüseynov Mirhəsən
Qasımov Hilal

Azərbaycan Respublikası, Goranboy rayonu, Səfikürd kəndi.