Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Nəriman İsmayılov və başqalarından, Goranboy, Azərbaycan

Text size Plus Minus

02 avqust 2013, 16:45

Hörmətli cənab Prezident!

Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə 3 milyon manat vəsait ayrılması barədə Sərəncamınız bizim yaşadığımız Zeyvə kəndi sakinlərinin də hədsiz sevincinə səbəb olmuşdur. Çünki bu yolun tikintisi bizim kəndin sakinlərinin də rahat gediş-gəlişini təmin edəcəkdir. Digər yaşayış məntəqələrinin əhalisinin də istifadə etdiyi bu yolun tikintisinə vəsait ayırmağınız Sizin rayonumuza olan diqqət və qayğınızın əyani göstəricisidir. Sizi əmin edirik ki, bu diqqət və qayğıya əməli işimizlə cavab verəcək və ölkəmizin inkişafına yönəlmiş siyasətinizi həmişə dəstəkləyəcəyik. Bir daha Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Kazımov Müsəlli
İsmayılov Nəriman
Ədilov Xuduş.

Azərbaycan Respublikası, Goranboy rayonu, Zeyvə kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi