Gerb

03 avqust 2013, 12:00

Möhtərəm Prezident!

Sizin rəhbərliyiniz altında son 10 ildə ölkəmiz sürətli inkişaf yolu keçmişdir. Bu inkişafdan bütün xalqımız kimi biz tərtərlilər də bəhrələnmişik. Biz Sizin diqqət və qayğınızı daim hiss edirik. Sizin 2013-cü il 31 iyul tarixli Sərəncamınızla rayonumuzun Cəmilli-Dəmirçilər kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması məqsədilə Tərtər rayonuna 3,2 milyon manat vəsait ayrılması bizi ürəkdən sevindirmiş, yaşayıb-yaratmaq həvəsimizi daha da artırmışdır.

Möhtərəm Prezident, ölkəmizin inkişafı naminə şərəfli fəaliyyətinizdə Sizi həmişə dəstəkləyəcəyik. Rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Cabbarov İsbəndiyar
Əliyev Əli
Əliyev Cavad
Rəhimov Fazil
Rzayev Məhəmmədəli
Sultanov Rəşid və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu Dəmirçilər və Təzəkənd kəndləri.