|
03 avqust 2013, 11:15
Əfqan Muradov və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm Prezident! Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat vəsaitin ayrılması barədə 2013-cü il 31 iyul tarixli Sərəncamınız bütün tərtərlilər, o cümlədən Cəmilli kəndinin sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu yolun yenidən qurulması bu kəndlərin əhalisinin rahat gediş-gəlişini təmin etməklə yanaşı, rayonumuzun inkişaf tempini də artıracaqdır. Hörmətli cənab Prezident, Cəmilli-Dəmirçilər avtomobil yolu cəbhə bölgəsinin yaxınlığında yerləşir. Burada aparılan tikinti işləri mənfur düşmənlərimizə bir daha göstərir ki, sürətlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı hər şeyə qadirdir və onlar ölkəmizin artan iqtisadi və siyasi gücü qarşısında acizdirlər. Biz inanırıq ki, Sizin rəhbərliyiniz altında tezliklə Dağlıq Qarabağı və işğal altında olan digər torpaqlarımızı azad edəcəyik. Möhtərəm Prezident, Sizə gərgin fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.