Əfqan Muradov və başqalarından, Tərtər, Azərbaycan
03 avqust 2013, 11:15
Möhtərəm Prezident!
Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat vəsaitin ayrılması barədə 2013-cü il 31 iyul tarixli Sərəncamınız bütün tərtərlilər, o cümlədən Cəmilli kəndinin sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu yolun yenidən qurulması bu kəndlərin əhalisinin rahat gediş-gəlişini təmin etməklə yanaşı, rayonumuzun inkişaf tempini də artıracaqdır.
Hörmətli cənab Prezident, Cəmilli-Dəmirçilər avtomobil yolu cəbhə bölgəsinin yaxınlığında yerləşir. Burada aparılan tikinti işləri mənfur düşmənlərimizə bir daha göstərir ki, sürətlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı hər şeyə qadirdir və onlar ölkəmizin artan iqtisadi və siyasi gücü qarşısında acizdirlər. Biz inanırıq ki, Sizin rəhbərliyiniz altında tezliklə Dağlıq Qarabağı və işğal altında olan digər torpaqlarımızı azad edəcəyik.
Möhtərəm Prezident, Sizə gərgin fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Muradov Əfqan
Xəlilov Xəlil
Abbasov Seyfi
Məmmədov İlyas
Bünyadov Əfsəl.
Azərbaycan Respublikası, Tərtər rayonu, Cəmilli kəndi.
