Tovuz Cəbiyevadan, Bakı, Azərbaycan
Text size
03 avqust 2013, 10:45
Hörmətli cənab Prezident!
Nabrandakı istirahət mərkəzlərinin birində iki yaşlı İmran Cəfərzadənin başına gələn bədbəxt hadisə övladı olan hər bir valideyni dərindən duyğulandırmış və kədərləndirmişdi. Belə bir anda çətin vəziyyətə düşən ailəyə göstərdiyiniz yardım, uşağın müalicəsi üçün bütün lazımi şərait yaratmağınız hamımızın ürəyincə oldu. Bu xeyirxahlığınıza və humanistliyinizə görə Sizə və Mehriban xanıma 194 saylı uşaq bağçasının işçiləri adından səmimi təşəkkürümü bildirirəm.
Hörmətlə,
Cəbiyeva Tovuz.
Azərbaycan Respublikası, Bakı şəhəri.
