Feyruz Əliyev və başqalarından, Lerik, Azərbaycan
03 avqust 2013, 12:45
Hörmətli cənab Prezident!
Ötən ilin aprel ayında Lerik-Qoşmalian-Kəlvəz avtomobil yolunun tikintisi ilə bağlı verdiyiniz Sərəncam bizim hədsiz sevincimizə səbəb olmuşdur. Qısa müddətdə bu yolun 24,6 kilometrlik hissəsi yüksək səviyyədə asfaltlaşdırılmışdır. Artıq 30 minə yaxın əhali üçün bu yol vasitəsilə rahat şəkildə rayon mərkəzinə gedib gəlir.
Hörmətli cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində Lerik rayonunda böyük quruculuq və abadlıq işləri aparılır. Ən ucqar kəndlərimizə qaz xətti çəkilir. Sizin bizə böyük hədiyyəniz olan Lerik-Qoşmalian-Kəlvəz yolu üzərində olan kəndlərin əksəriyyəti mavi yanacaqla təmin edilmişdir.
Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı və sonsuz məhəbbətimizi bildiririk. Leriklilər Sizin Ulu öndər Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsi istiqamətindəki fəaliyyətinizi daim dəstəkləyəcəklər.
Hörmətlə,
Əliyev Feyruz
Həşimov Atamalı
Quliyev Rəsul
Mirzəyev Pirverdi
Mirzəyev Sahil
Mustafayev Rafiq
Salamov Abid.
Azərbaycan Respublikası, Lerik rayonu.
