Afaq Babayevadan, Siyəzən, Azərbaycan
03 avqust 2013, 14:30
Hörmətli cənab Prezident!
Vaxtilə Ulu öndər Heydər Əliyevin Siyəzən rayonuna göstərdiyi diqqət və qayğını bu gün Siz davam etdirirsiniz. Sizin rayonumuza hər gəlişiniz, Siyəzənin inkişafı üçün vəsait ayırmağınız bunu bir daha sübut edir. Sizin sayənizdə rayonumuzda indi geniş quruculuq işləri aparılır, əhalinin rifahı daha da yüksəlir.
Hörmətli cənab Prezident, mən həmişə Ulu öndər Heydər Əliyevi ideal saymışam və ölkəmizi müstəqilliyə, xalqımızı azadlığa çıxardığı üçün qəlbimdə ona dərin rəğbət bəsləmişəm. Heydər Əliyevin şərəfli yolunu bu gün Siz inamla davam etdirirsiniz. Ölkəmiz daha sürətlə tərəqqi edir. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevriləcəkdir.
Bu yolda Sizə uğurlar arzulayır və dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Babayeva Afaq.
Azərbaycan Respublikası, Siyəzən rayonu.
