|
03 avqust 2013, 15:15
Əbülfət Bədəlov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin rəhbərliyiniz altında həyata keçirilən Dövlət proqramına uyğun olaraq Salyan rayonunda da bir sıra təhsil, səhiyyə və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bunlardan biri də rayon təhsil şöbəsi üçün inşa edilən yeni binadır. Bu bina 2013-2014-cü tədris ilinin başlanğıcına kimi istifadəyə veriləcəkdir. Bina təhsilin idarə olunması üçün müasir tələblərə cavab verən bütün avadanlıqlarla təchiz edilmiş, burada hər işçi üçün normal iş şəraiti yaradılmışdır. Hörmətli cənab Prezident, Salyan təhsili nəticələrinə görə respublikada həmişə qabaqcıllar sırasında olmuş və bizim bu nailiyyətlərimiz tərəfinizdən yüksək qiymətləndirilmişdir. Hər il ali məktəblərə qəbulun nəticələrinə görə Prezident təqaüdü alan tələbələr barədə verdiyiniz sərəncamlarda rayonumuzun bir və ya iki məzununun adı olur. Bundan əlavə il ərzində ümumtəhsil məktəb müəllimləri arasında Salyan müəllimləri də təltif edilirlər. Rayonumuzda hər il Dövlət proqramına uyğun olaraq yeni məktəb binaları tikilir və əsaslı təmir olunur. Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Sizin tərəfinizdən uğurla davam etdirilən dövlət qayğısının bariz nümunəsidir.
Möhtərəm Prezident, Salyan rayonunun təhsil işçiləri adından bizə göstərilən bu böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir və gənc nəslin təlim-tərbiyəsi, cəmiyyət üçün layiqli vətəndaşların hazırlanması, ölkəmiz üçün vətənpərvər gənclərin yetişdirilməsi sahəsində bundan sonra daha əzmlə çalışacağımızı bildiririk. Azərbaycan Respublikası, Salyan rayonu. 03 avqust 2013, 16:55
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.