Gerb

05 avqust 2013, 11:25

Hörmətli cənab Prezident!

Nabrandakı istirahət mərkəzlərindən birində baş vermiş bədbəxt hadisə nəticəsində ayağını itirmiş İmran Cəfərzadəyə dərhal yardım göstərməyinizi bütün xalqımız kimi mən də alqışlayıram. Bu böyük xeyirxah əməliniz bir daha sübut etdi ki, Siz xalqımızın rifahının yüksəldilməsini təmin etməklə yanaşı, çətinliklə üzləşmiş hər bir vətəndaşa da ayrı-ayrılıqda diqqət və qayğı göstərirsiniz.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyiniz altında son illərdə Azərbaycan sürətlə inkişaf etmiş və bir çox sahələrdə dünyanın qabaqcıl ölkələri sırasına çıxmışdır. İndi ölkəmiz dünyanın idman, turizm mərkəzlərindən birinə çevrilmişdir.

Şahdağ qış-yay turizm kompleksinin yaradılması ölkəmizin bu sahədə qazandığı uğurlardan biridir. Respublikamızın bütün rayonlarında geniş tikinti-abadlıq işləri aparılmış, onların siması xeyli dəyişmiş və gözəlləşmişdir.

Möhtərəm Prezident, xalqımıza göstərdiyiniz yüksək qayğıya, ölkəmizin inkişafı üçün gördüyünüz misilsiz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

S.Əbdülrəhmanov.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.