Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Ənvər Məmmədov və başqalarından, Bakı, Azərbaycan

Text size Plus Minus

05 avqust 2013, 10:45

Hörmətli cənab Prezident!

Siz çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, Azərbaycan bazar iqtisadiyyatına keçsə də başqa ölkələrdən fərqli olaraq dövlətimiz təbii fəlakət və ya bədbəxt hadisə ilə üzləşmiş vətəndaşlarına kömək etməyi həmişə öz üzərinə götürür.

Həqiqətən də müxtəlif vaxtlarda zəlzələ, daşqın və digər təbii fəlakətlər zamanı biz bunun şahidi olmuşuq. Nabrandakı istirahət mərkəzlərindən birində baş vermiş faciə zamanı ciddi bədən xəsarətləri almış İmran Cəfərzadəyə etdiyiniz kömək isə onu göstərir ki, Siz hətta ölkə vətəndaşlarının hər birinə ayrı-ayrılıqda xüsusi diqqət yetirir, onların qayğı və problemlərini nəzərinizdən qaçırmırsınız. Xalqımıza göstərdiyiniz bu yüksək qayğıkeşliyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədov Ənvər
Məlikov Vidadi və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sarayev küçəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi