|
05 avqust 2013, 15:50
Nadir Şamxalov və başqalarından, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident! Bizim yaşadığımız Zaqatala rayonunun Kürdəmir kəndi Bəhmətli kənd inzibati ərazi dairəsinin tərkibindədir və bu dairədə olan Bəhmətli kəndindən 6-7 kilometr uzaqda yerləşir. Kəndimiz çox qədim tarixə malikdir. Hörmətli cənab Prezident, keçən ilin sentyabr ayında Zaqatalaya səfəriniz zamanı Sizin iştirakınızla Bəhmətli kəndində müasir məktəb binasının təməli qoyulanda həmin kəndin sakinləri ilə yanaşı, biz də qürur hissi keçirdik. Heç gözləmədiyimiz halda bizim kənddə də yeni məktəbin tikiləcəyini eşidəndə isə sevindiyimizdən nə edəcəyimizi bilmədik. Kiçik kəndimizdə müasir məktəb binasının tikilməsi Sizin bizə göstərdiyiniz böyük qayğının bariz nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycanımızın gündən-günə gözəlləşdiyi, çiçəkləndiyi bir zamanda Zaqatala rayonu, hətta onun kiçik kəndləri də bu inkişafdan kənarda qalmır. Hörmətli cənab Prezident, biz Kürdəmir kəndinin sakinləri, o cümlədən müəllimləri bu qayğı və diqqətə görə Sizə minnətdarlığımızı bildiririk. Zaqatalaya növbəti səfəriniz zamanı Kürdəmir kənd məktəbinin açılışında iştirak etməyinizi Sizdən xahiş edirik.
Biz Sizə inanırıq. İnanırıq ki, Sizin gördüyünüz işlər bizi işıqlı gələcəyə aparır. Bütün xalqımız kimi biz də Sizin siyasətinizi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.