Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Nadir Şamxalov və başqalarından, Zaqatala, Azərbaycan

Text size Plus Minus

05 avqust 2013, 15:50

Hörmətli cənab Prezident!

Bizim yaşadığımız Zaqatala rayonunun Kürdəmir kəndi Bəhmətli kənd inzibati ərazi dairəsinin tərkibindədir və bu dairədə olan Bəhmətli kəndindən 6-7 kilometr uzaqda yerləşir. Kəndimiz çox qədim tarixə malikdir.

Hörmətli cənab Prezident, keçən ilin sentyabr ayında Zaqatalaya səfəriniz zamanı Sizin iştirakınızla Bəhmətli kəndində müasir məktəb binasının təməli qoyulanda həmin kəndin sakinləri ilə yanaşı, biz də qürur hissi keçirdik. Heç gözləmədiyimiz halda bizim kənddə də yeni məktəbin tikiləcəyini eşidəndə isə sevindiyimizdən nə edəcəyimizi bilmədik. Kiçik kəndimizdə müasir məktəb binasının tikilməsi Sizin bizə göstərdiyiniz böyük qayğının bariz nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycanımızın gündən-günə gözəlləşdiyi, çiçəkləndiyi bir zamanda Zaqatala rayonu, hətta onun kiçik kəndləri də bu inkişafdan kənarda qalmır.

Hörmətli cənab Prezident, biz Kürdəmir kəndinin sakinləri, o cümlədən müəllimləri bu qayğı və diqqətə görə Sizə minnətdarlığımızı bildiririk. Zaqatalaya növbəti səfəriniz zamanı Kürdəmir kənd məktəbinin açılışında iştirak etməyinizi Sizdən xahiş edirik.

Biz Sizə inanırıq. İnanırıq ki, Sizin gördüyünüz işlər bizi işıqlı gələcəyə aparır. Bütün xalqımız kimi biz də Sizin siyasətinizi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.

Böyük hörmətlə,

Şamxalov Nadir
Hacıkərimov Bayram
Zamanov Asif
Əliyev Əyyub
Məmmədova Zöhrə və başqaları (cəmi 52 nəfər).

Azərbaycan Respublikası, Zaqatala rayonu, Kürdəmir kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi