Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Arzuman Zaidovdan, Lerik, Azərbaycan

Text size Plus Minus

05 avqust 2013, 17:00

Hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövləti indi Sizin rəhbərliyinizlə yeni tərəqqi mərhələsini uğurla davam etdirir. Respublikamızda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur. Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə iqtisadiyyatımız güclənmiş, vətəndaşlarımızın rifahı yüksəlmiş, hüquq və azadlıqları təmin edilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artmış və o, dünyanın qabaqcıl ölkələri sırasına çıxmışdır.

Hörmətli cənab Prezident, Sizin fəaliyyətiniz sayəsində qazandığımız bu nailiyyətlər ölkəmizin hər bir vətəndaşında fərəh və qürur hisləri doğurur. Buna görə də onlar Sizi Ulu öndər Heydər Əliyevin ən layiqli siyasi varisi kimi həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəklər. Bütün bunlara görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Zaidov Arzuman, müəllim.

Azərbaycan Respublikası, Lerik rayonu, Osyodərə kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi